- Köhnə - Mədəniyyət
- 8 Oktyabr 2012 05:25
- 6 169
Kim haqlıdır? - Muğam qalmaqalı
Əli Mirəliyev, yoxsa Elnarə Abdullayeva?
Hər zamanı tənqidi fikirləriylə diqqət çəkən müğənni Əli Mirəliyev yenə danışdı. O, AzNews.az-a açıqlamsında mahnı və muğam janrı haqqında kəskin fikriləriylə bəzi müğənniləri və xanəndələri tənqid edib.
Müğənni bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun miras qoyub getdiyi mahnı janrı bu gün təhlükəli uçurum vəziyyətindədir: "Azərbaycan mahnı janrının uçurumdadadır. Əvvəl Bədii Şura var idi ki, mahnının musiqini və sözlərinə nəzarət edirdilər. Hətta, muğamı azan kimi oxuyurlar. Axı belə olmaz? Azan mollalara aiddir. Üzeyir bəy o vaxtları muğamı nota köçürməklə onları təkmilləşdirdi və 7 əsas muğamı saxladı. Bu gün isə 7 muğam kənarda qalıb, başqa bir muğamla Azərbaycan muğamını qarışdırıblar. Azərbaycan muğamını bilmək hər adama nəsib olmur. Çünki muğamın dərinlikləri böyükdür. Alim Qasımov, Ağaxan Abdullayev, Mənsum İbrahimov muğamı düz oxuyublar. Amma bəzi ifaçılar var ki, guya, populyardılar. Onlar muğamı azan şəklində oxuyurlar. Elnarədir, nəbilim, nədir...
Mahnı janrını isə Azər Zeynalov, Teymur Əmrah düzgün oxuyurlar. Qalanları isə heç özləri də bilmir ki, nə oxuyurlar. Bədii Şura mütləq yaranmalıdır. İstəsək də, istəməsək də bu qurum yaradılmalıdır".
Ə.Mirəliyevin haqqında söylədiyi tənqidi fikirlərə biganə qalmayan xanəndə Elnarə Abdullayeva onun cavabını verib. O, müğənniylə bağlı bunları deyib: "Əli Mirəliyev oxuyandı?! Bu adam ağzına gələni danışır. Muğam oxumağımla bağlı verilişlərin birində dedim ki, heç kim məndən danışmasın, mən də heç kimdən danışmayım. Azan deyəndə... Əli Mirəliyev muğam haqqında nə bilir ki, açıqlama da verir? Başqa bir muğam ifaçısı desəydi, onunla üz-üzə danışıb, başa salardım. Əli Mirəliyevlə baş-başa gəlsək, o, məni anlamayacaq. Elə bil ki, mən Azərbaycan dilində, Əli Mirəliyev rus dilində danışır. Əslində, o, danışmamalıdır. Muğamın yiyəsi var".
Fuad Mədətov
AzNews.az