Şairə Nuridə Atəşi xaricdə yaşayan azərbaycanlı müğənni Cavit Təbrizini məhkəməyə verir. Şairə Nuridə Atəşi xaricdə yaşayan azərbaycanlı müğənni Cavit Təbrizini məhkəməyə verir.

Nuridə Atəşi müğənnini məhkəməyə verir: “O, cavabsız məhəbbətimin...”

Şairə Nuridə Atəşi xaricdə yaşayan azərbaycanlı müğənni Cavit Təbrizini məhkəməyə verir.


AzNews.az-ın məlumatına görə, müğənninin məhkəməyə verilməsinə səbəb "Neyləsən mənə görən" mahnısının müəllif hüquqlarının pozulmasıdır:

"Axşam bir tədbirdən qayıdırdım. Maşında Berlin radiosunda Türkiyədə 1-ci yerə çıxan sözləri və musiqisi Cavit Təbriziyə aid olan "Neyləsən mənə görən" mahnısının anonsu verildi. Bu sözlər illər öncəsi düz 5 illik, lal, cavabsız məhəbbətimin səssiz fəryadları idi".

N.Atəşi elə həmin anda aparıcını arayıb və araşdırma zamanı məlum olub ki, müğənni bu mahnını Türkiyədə anonim oxuyub:

"Disklər buraxır, satdırır və özünə şöhrət qazanıb. Müğənnini Türkiyədə məhkəməyə verməyə və bütün bunların haqq-hesabını sormağa qəti qərar verdim".

Bahar RÜSTƏMLİ
AzNews.az