Ağaxan Abdullayev: “Onun sayəsində ayaqda qalmışam”

Xalq artisti, muğam ustası Ağaxan Abdullayevin səhhəti yaxşılaşıb.



Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. O, bildirib ki, hazırda xəstəliyi ilə əlaqədar müalicəsi ev şəraitində davam edir: "Konservatoriyada dərs deyirəm. Səhhətim yaxşı olanda dərsə gedirəm. Allah mənim prezidentimə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya can sağlığı versin. Xəstəliyimlə bağlı bütün müalicəmin xərcini onlar çəkir. Məni müalicəyə Mehriban xanım göndərir. Mənim ayaqda qalmağım şəxsən onun sayəsindədir. Mən Mehriban xanıma minnətdaram".

A.Abdullayev qeyd edib ki, müalicə prosesi Türkiyədə aparılır. Qeyd edək ki, muğam ifaçısı səs tellərində yaranmış problemlərdən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az