- Qanundan kənarda
- 2 Noyabr 2018 12:51
- 1 925
Bakıda maşın oğrusu tutuldu

Bakıda nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
AzNews.az DİN-ə istinadən xəbər verir ki, 01 noyabr 2018 Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb. Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.
Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Bahar RÜSTƏMLİ
AzNews.az