"Həyat yoldaşım əşyaları çox bəyəndi". "Həyat yoldaşım əşyaları çox bəyəndi".

Oğurluq etdiyi iş yerinin sahibinə mesaj göndərdi - "Halal et!"

"Həyat yoldaşım əşyaları çox bəyəndi".

Türkiyənin Mardin şəhərinin bir oğru 50 min lirəlik əşya oğurladığı iş yerinin sahibinə mesaj göndərib: “Haqqını halal et. Həyat yoldaşım əşyalarını çox bəyənib”.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş yerinin sahibi Sertaç Orman polis idarəsinə xəbər verdikdən sonra öz imkanları ilə oğrunun izinə düşüb.

Orman bu zaman ona gələn “Həyat yoldaşım əşyaları çox bəyəndi, şikayətini geri çək” mesajı görüncə çox təəccüblənib.

Hadisə Artuklu bölgəsində olan bir iş mərkəzinin 3-cü mərtəbəsində baş verib. Əldə olunan bilgilərə görə ər-arvad olduqları öyrənilən iki şəxs dünən axşam gecə saatşarında iş mərkəzinə gələrək 3-cü mərtəbəyə qalxıb və təxminən 50 min lirəlik məhsulu götürərək aradan çıxıblar.

İş yerində çalışan Veysel Anatça ofisdən çəngəl, bıçaq, solfet, iş masası, ofis dəsti, televizor, soba, çəngəl və bıçağın oğurlandığını deyib: "Müdirimiz polisə məsələni bildirdi, barmaq izləri götürüldü. Ancaq biz öz səylərimiz nəticəsində oğruları tapdıq, onların ər-arvad olduqlarını öyrəndik və telefonla danışdıq. Şübhəli bizə “Qardaş, haqqını halal et, şikayətini geri al, ziyanı ən qısa zamanda ödəyərik. Həyat yoldaşım əşyaları çox bəyənib” dedi. Polisə bu məlumatları göndərdik. Oğruların tapılıb, əşyalarımızın geri qaytarılmasını istəyirik".

Səidə Nurməmmədli

AzNews.az

image description