26 il əvvəl törətdiyi cinayətdən belə yaxalandı

Rowe ömürlük həbs cəzasına məhkum edilib.

26 il əvvəl törətdiyi və iz buraxmadığını düşündüyü cinayət bacısının ailə şəcərəsi haqda məlumatı sayta yüklədikdən sonra açılıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Lancester şəhərində orta məktəb müəlliməsi işləyən Christy Mirack 1992-ci ildə 25 yaşında təcavüzə məruz qalaraq öldürülmüşdü.

Müəllimənin qatili keçən il ailə şəcərəsi haqda məlumatların sayta yüklənməsindən sonra tapılıb.

Belə ki, DNT məlumatları Mirack cinayətində hadisə yerində olan xalçadan götürülən nümunələrlə eyni olub.

Polis məlumatları yükləyən qadının izinə düşüb və onun 50 yaşlı qardaşı Ratmond Charles Roweni tapıb.

DJ-liklə məşğul olan Rowe nəzarətə götürülüb.

İşlədiyi klubda içdiyi su stəkanından nümunə götürən agentlər nümunələri qarşılaşdırıblar.

Rowe ömürlük həbs cəzasına məhkum edilib.

Qatil məhkəmədə müəlliməni öldürməsinin səbəbini açıqlamayıb, sadəcə "Üzr istəyirəm" deyib.

Nigar CƏFƏR

AzNews.az

image description