2200 manat pulu şantajçıya verdi, sonra polisə şikayət etdi...

Xətai polisi artıq şantajçını müəyyənləşdirib

Xətai rayonunda şantaja məruz qalan qadın polisə müraciət edib.

AzNews.az-ın məlumatına görə, A. Nailova (ad və soyad şərtidir) adlı qadın Xətai RPİ-nin 35-ci Polis Bölməsinə şikayət edərək bildirib ki, Elmar adlı kişi onun intim xarakterli videokadrlarını sosial şəbəkədə yayacağı ilə hədələyərək 2200 manat pulunu alıb və hələ də ondan əl çəkmir. Polislər dərhal əməliyyat-axtraış tədbirlərinə başlayıblar və həmin şəxsi müəyyənləşdiriblər. Qadın isə izahatı zamanı onun intim videosunun olduğunu inkar edib. Ancaq qorxduğundan Elmar adlı şəxsə 2200 manat pulu verib.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 182 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az