Şəxsi təsərrüfatında əkdiyini etiraf edib Şəxsi təsərrüfatında əkdiyini etiraf edib

Samux sakini 33 kq marixuana ilə yaxalandı - FOTO

Şəxsi təsərrüfatında əkdiyini etiraf edib

Samux rayon sakininin evindən satmaq üçün qurutduğu 33 kiloqramdan artıq marixuana aşkar edilib.

DİN-dən AzNews.az-a daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Samux rayonunun sakini Xaliq Mustafayev saxlanılıb.

Onun evinə baxış zamanı 33 kiloqram 685 qram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri şəxsi təsərrüfatında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq X.Mustafayevin evindən müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.

AzNews.az

image description image description image description