- Qanundan kənarda
- 28 Yanvar 2019 10:58
- 1 097
Binəqədi polisi 5 il əvvəlki oğurluğun üstünü açıb
Saxlanılan MMC-nin pulla dolu seyfini aparmaqda təqsirli bilinir
Polis əməkdaşları tərəfindən 5 il əvvəl törədilmiş oğurluq faktının üstü açılıb.
DİN-dən AzNews.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildə MMC-lərdən birindən icərisində 2270 ABŞ dolları və 130692 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılmışdır.
AzNews.az