2018-ci ildə oğurluq hallarına görə azadlıqdan məhrum edilən yeniyetmələr üstünlük təşkil edib 2018-ci ildə oğurluq hallarına görə azadlıqdan məhrum edilən yeniyetmələr üstünlük təşkil edib

Seksual xarakterli zorakılığa görə məhkum olunan yeniyetmələrin sayı açıqlandı - Azərbaycanda

2018-ci ildə oğurluq hallarına görə azadlıqdan məhrum edilən yeniyetmələr üstünlük təşkil edib

2018-ci ildə Azərbaycanda 14-17 yaş arasında olan 301 uşaq məhkum olunub.

2017-ci ildə bu rəqəm 323 olub.

2017-ci ildə məhkum olunan yeniyetmələrdən üçü qız olub. 2018-ci il qızlarla bağlı belə hal azalıb – cəmi bir nəfər.

2018-ci ildə oğurluq hallarına görə azadlıqdan məhrum edilən yeniyetmələr üstünlük təşkil edib. Ötən il 151 yeniyetmə oğurluq, 38-i qəsdən sağlamlığa ağır zərər vurma, 20-si xuliqanlıq, 14-ü seksual xarakterli zorakılıq hərəkətlər, 13-ü soyğunçuluq, 12-si quldurluq, beşi isə qəsdən adam öldürməyə görə məhkum olunub.

Dəmir barmaqlıqlar arasına salınan yeniyetmələrin 50-si 14-15 yaş, 251-i isə 16-17 yaş kateqoriyasında olanlardır.

Məhkum olunanlardan 263-ü hər iki valideyni olan ailədə, 36-sı isə tək valideyni olan ailədə tərbiyə alıblar.

Məhkum olunan 151 yeniyetmə isə heç yerdə işləməyən və oxumayandır.

AzNews.az