Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib

Komendant postunda saxlamayan sürücü həbs edildi

Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib

Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzNews.az-a verilən məlumata görə, dekabrın 1-də gecə saat 1 radələrində Beyləqan ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mercedes” markalı avtomobilə saxla işarəsi verib.

Lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib. Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib. Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib.

Sürücü T. Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq inzibati qaydada həbs edilib.