A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib

Cibindən və evindən narkotik tapıldı

A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib

Samux rayon sakinində narkotik aşkar edilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş, Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik torabada, təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan marixuana aşkar edilib.

A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.