- Qanundan kənarda
- 14 Fevral 2023 11:59
- 5 113
Vətən müharibəsi iştirakçısının bıçaqlayan şəxsin məhkəməsi başlayır

Vətən müharibəsi iştirakçısı Hökmüdar Daşdəmirovu bıçaqlayan şəxsin məhkəməsi başlayır
Aznews.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib.
İşə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, 14 noyabr 2022-ci il tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunmuşdu ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verilməsi səbəbindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin. Cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam Rayon Prokuroruna qaytarılsın, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılsın.
Qeyd edək ki, Hadisə 07 iyul 2022-ci il tarixdə, Ağdam rayon Xındirstan kəndi ərazisində yerləşən rayon polis şöbəsinin inzibati binasında qeydə alınıb.
Rayonun Quzanlı qəsəbəsinin sakini, 1998-ci il təvəllüdlü Hökmdar Daşdəmirov bacısının ayrıldığı nişanlısı Əli Ələkbərovla dava edib. Daha sonra hər iki şəxs polisə dəvət olunub.
Şöbədə olan zaman Əli Ələkbərovun qardaşı Ələkbər üzərində gəzdirdiyi bıçaqla Hökmdar Daşdəmirovu vuraraq ona xəsarət yetirib. Ələkbər Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Rəşid