“Şirvan Şərabları" MMC barədə protokol tərtib edilib

"Şirvan Şərabları" MMC cərimə edilə bilər

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət min beş yüz manat məbləğində cərimə ediləcək.

Rəşid