OPEC+ ölkələri hasilatı 10 milyon barel azaltmağa razılıq verdi

"Plan may-iyun aylarında hasilatı 10 mln. barel azalmaqdır. Sonra ilin sonuna qədər kvota 8 mln. barelə, 2021-ci ilin aprel ayının sonuna qədər isə 6 mln. barelə qədər enməlidir"

"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün keçirilən video-konfrans formatında keçirilən danışıqlar zamanı bu ilin may-iyun aylarında hamı üçün gündəlik neft hasilatını 23% (10 mln. barel) azaltmaq barəsində razılığa gəliblər.

AzNews.az-ın məlumatına görə, bu barədə TASS öz mənbəsinə istinadən xəbər verir.

Bundan əvvəl mənbə söyləyib ki: "Plan may-iyun aylarında hasilatı 10 mln. barel azalmaqdır. Sonra ilin sonuna qədər kvota 8 mln. barelə, 2021-ci ilin aprel ayının sonuna qədər isə 6 mln. barelə qədər enməlidir".

Qeyd edək ki, “OPEC+” neft hasilatının azaldılmasına dair razılaşma martın sonunda başa çatıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında davam edən əməkdaşlığın şərtləri barədə razılığa gələ bilməyən fikir ayrılıqlarına görə onu uzatmaq mümkün olmayıb. Bundan sonra OPEC ölkələri neft hasilatını artırmağa başladı. Bu zaman koronavirus epidemiyası səbəbindən qlobal neft tələbatı kəskin şəkildə azaldı. Nəticədə, neftin bir barelinin qiyməti son 20 ildə ilk dəfə 22 dollara düşdü. Bu səbəbdən “OPEC+” ölkələri fövqəladə iclas keçirmək qərarına gəldi ki, bu görüşdə neft hasilatının azaldılması müzakirə ediləcək. Aprelin 10-da G20 Energetika nazirlərinin təcili iclası keçiriləcək.