Neft 42 dolları ötdü

Brent markalı neftin qiyməti 6,2% bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 6,2% bahalaşaraq, bir barelə görə 42,48 dollardan satılır.

WTI markalı neft isə 5,7 % bahalaşma ilə bir barelə görə 39,89 dollar olub.