Uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək Uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək

Bakıdan Kiyevə həftədə 1 dəfə çarter reysləri olacaq

Uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək

“Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.

AzNews.az xəbər verir ki, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.