Dövlət Statistika Komitəsi məlumat yayıb Dövlət Statistika Komitəsi məlumat yayıb

Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyüb

Dövlət Statistika Komitəsi məlumat yayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 39 915 milyon manat təşkil edib.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə qeyri neft-qaz ÜDM-i 5,1% artaraq 25 637 milyon manata çatıb.

Əhalinin hər nəfərinə düşən ÜDM isə 3 987,6 manat olub ki, bu da illik müqayisədə 1,6% çoxdur