"Belə də davam edib bir az da kilo verəcəm" "Belə də davam edib bir az da kilo verəcəm"

Rəcəb İvedik 28 kilo arıqladı

"Belə də davam edib bir az da kilo verəcəm"

Məşhur türk komediya ustası Şahan Gökbakar son günlərdə verdiyi kilolarla diqqət mərkəzindədir.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 6 ayda 28 kilo verən Şahan Gökbakar arıqlamasının səbəbini sosial media hesabında paylaşıb:

"Son günlərdə ən çox eşitdiyim söz “zəifləmisəm” və ardından gələn bir çox suallar olur.

Qısa bir məlumat verim. Heç bir əməliyyat keçirməmişəm. Noyabr ayından etibarən ketojenik bəslənmə tətbiq edirəm. Ketojenik qidalanmanın nə olduğunu internetdən araşdıra bilərsiniz. Bu 6 ay ərzində ümumi 27-28 kilo vermişəm.

Belə də davam edib bir az da kilo verəcəm. Bütün kilo vermək istəyənlərə əzm, qərarlılıq və iradə arzulayıram”.

Səidə Vahid

AzNews.az