"Ölkəmiz günü-gündən inkişaf edir. Bununla fəxr edirik" "Ölkəmiz günü-gündən inkişaf edir. Bununla fəxr edirik"

Məşhurlar əməkhaqqının artırılmasına görə ölkə başçısına təşəkkür etdilər

"Ölkəmiz günü-gündən inkişaf edir. Bununla fəxr edirik"

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının və bir çox dövlət qurumlarında çalışan işçilərin maaşlarının artırılması haqqında sərəncamlar imzalayıb.

Əməkdar artist Tahir İmanov AzNews.az-a açıqlamasında prezidentin sərəncamlarını dəstəklədiyini deyib:

Image result for Tahir Ä°manov

“Dünyada baş verən iqtisadi proseslərə baxmayaraq ölkəmizdə maaşların artırılması müsbət bir haldır. Bunu alqışlayırıq. Bu, bizim ən böyük iqtisadi qələbələrimizdən biridir. Ölkəmiz günü-gündən inkişaf edir. Bununla fəxr edirik. Dünyada baş verən mənfi proseslərə baxmayaraq firavan bir ölkədə yaşayırıq. Ən böyük nemətimiz əmin-amanlıqdır. Buna şükür etmək lazımdır. Sosial vəziyyətimiz getdikcə daha da yaxşı olacaq”.

Aparıcı Nəsib Nur saytımıza açıqlamasında bu sözləri dedi:

Related image

“Əməkhaqqının artrılması hamımız üçün sevindirici oldu. Mən AzTV-də işləyirəm. Valideynlərimiz təqaüd alırlar. Bu sərəncamların verilməsi xalqımıza, dövlətimizə olan sevgidən, qayğıdan irəli gəlir. Görülən işlər ölkəmiz, xalqımız üçündür. Allah cənab prezident İlham Əliyevin canını sağ eləsin. Bundan sonra daha yeni-yeni nailiyyətlər əldə edək.

Cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanı apardıqları siyasətə görə ikiəlli dəstəkləyir və xalqımız adından hər ikisinə çox sağ olun deyirik”.

Rəqsanə

AzNews.az