Müğənni bu paylaşıma eyni formada qarşılıq verib Müğənni bu paylaşıma eyni formada qarşılıq verib

Özcan Dənizin keçmiş həyat yoldaşından təəccübləndirən paylaşım - FOTO

Müğənni bu paylaşıma eyni formada qarşılıq verib

Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Dənizin keçmiş həyat yoldaşı Feyza Aktan paylaşımı ilə izləyicilərini təəccübləndirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük boşandıqdan bir həftə sonra yenidən bir araya gəlib.

Bodrumda tətil edən Feyza Aktan dünən Özcan Dənizlə oğlunun şəklini paylaşıb və ürək emojisi qoyub.

Özcan Dəniz də bu paylaşıma eyni formada qarşılıq verib.

Xatırladaq ki, keçən ilin mart ayında evlənən cütlük bu ilin iyun ayında boşanıb və oğulları Kuzey üçün ortaq qəyyumluq alıblar.

Mehri QURBANOVA

AzNews.az