"Tək problem "Çukur"dakı silahlar və ölən insan sayıdır?" "Tək problem "Çukur"dakı silahlar və ölən insan sayıdır?"

Aktyor nazirin "Çukur"la bağlı tənqidlərinə cavab verdi

"Tək problem "Çukur"dakı silahlar və ölən insan sayıdır?"

Türkiyə daxili işlər nazirinin tənqid etdiyi "Çukur" adlı serialın aktyoru bu haqda danışıb.

AzNews.az xəbər verir ki, serialın baş rol ifaçısı Ercan Kesal 56-cı Antalya Qızıl Portağal Film Festivalının "Günorta Söhbətləri"nin qonağı olub.

İdris Koçovalı personajı ilə tanınan daha sonra serialdan çıxan Ercan Kesal qeyd edib ki, aktyor olaraq "Çukur"a görə hesabat verməli deyil.

"Ancaq Ercan Kesal olaraq bir neçə sözüm var. "Çukur"dakı şiddət məsələsi normal həyatdakı şiddətlə müqayisədə çox məsumdur. Bütün işlər bitdi, tək problem "Çukur"dakı silahlar və ölən insan sayıdır?", - deyə aktyor bildirib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu televiziyada yayımlanan seriallarla bağlı açıqlamasında "Çukur"u tənqid etmişdi.

"Çukur" adlı lənətə gəlmiş bir serial var. O serial qədər ola bilmiriksə, çox heyif. Bir də "Adana Sıfır Bir" deyə bir serial var. Bizim ikisinin təsir dairəsi qədər təsir dairəmiz yoxdursa, yandıq. Bu iki serial uşaqlarımızı zəhərləyir, insanlarımızı öz mədəniyyətindən uzaqlaşdırır", - S. Soylu deyib.

Pərvanə

AzNews.az