Çəkiliş zamanı məşhur repçini ilan sancdı - VİDEO

"Ümid edirəm ki, ölməyəcəyəm"

Lil Pump ləqəbi ilə tanınan amerikalı repçi Qazzi Qarsia bədbəxt hadisə ilə üzləşib.

Lil video lentə aldığı zaman ilanın hücumuna məruz qalıb. Həmin hadisənin anbaan görüntülərini repçi şəxsi “İnstaqram” hesabında yayımlayıb.

Göründüyü kimi, yara olduqca ciddi olub. İlan ifaçının əlini dişləyərək qanını axıdıb. Bədbəxt hadisədən sonra sənətçinin səhhəti barədə məlumat yayılmayıb.

“Mənim artıq ilanlarla işim olmaz. Ümid edirəm ki, ölməyəcəyəm,” - deyə Lil bildirib.

Bu paylaşımından sonra məşhurdan xəbər-ətər çıxmayıb. Repçinin izləyiciləri ümid edir ki, Lilin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, daha öncə məşhur amerikalı aktrisa Lindsi Lohan Tailandda tətildə olarkən bir ilan tərəfindən hücuma məruz qalmışdı. Aktrisanı ilan dişləsə də, Lindsi həkimlərə getməyib. Çünki həmin ərazidə yaşayan şaman ilan dişləməsini uğurlu bir əlamət kimi qiymətləndirərək, aktrisanı inandırıb.(oxu.az)

Посмотреть эту публикацию в Instagram

AzNews.az