Xalq artisti Röyadan etiraf: Proqrama içkili vəziyyətdə çıxmışdım - VİDEO

Verilişdən sözügedən kadrları təqdim edirik

İctimai TV-də Dadaş Dadaşlinskinin aparıcılığı ilə yayımlanan 3D verilişinin bu dəfəki qonağı müğənni Röya Ayxan olub.

AzNews.az xəbər verir ki, Röya efirdə maraqlı açıqlamalar verib. O, hətta bir vaxtlar Xəzər TV-də Nəsib Nurun aparıcılığı ilə yayımlanan proqrama içkili gəldiyini də etiraf edib:

"Sürücümün uşağı olmuşdu. Onu qeyd edirdik. Məclisdə bir az çox içmişdim".

"Xalq artisti adı Röyaya nə verdi"? sualını cavablandıran Röya oğlunun buna çox sevindiyini söyləyib:

"Bu ad oğlum, anam, atam üçün lazım idi. Ona görə məni çox sevindirdi. Mən hər əziyyət çəkəndə əzizlərim əzilirdilər. Hətta əməkdar artist adı alanda anam və atam barışdılar. Bu ad mənim ailəmi bir araya gətirdi".

Verilişdən sözügedən kadrları təqdim edirik:

Aynur

AzNews.az