Film üçün 100 kilo olan Çağatay Ulusoy qərar verdi

O, çəkiləcəyi başqa bir film üçün hazırlıqlara başlayıb

“Koca Yusuf” obrazı üçün çəkisini 100 kiloya çatdıran türk aktyoru Çağatay Ulusoy filmin çəkilişlərinə ara verildiyinə görə arıqlamaq qərarına gəlib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, yeni filmi üçün əvvəlki çəkisinə qovuşmağa çalışan aktyor aldığı 20 kilonu sevgilisi Duygu Sarışının da idman müəllimi olan Nadia Salurun nəzarəti altında verəcək.

Əfsanəvi pəhləvan “Koca Yusuf”u canlandıracağı film üçün 20 kilo çəki alan 29 yaşlı Çağatay Ulusoy təlaşa düşüb. O, çəkiləcəyi başqa bir film üçün hazırlıqlara başlayıb.

Aktyor rus idman müəlliminin verdiyi proqramla qısa müddətdə arıqlamağı hədəfləyib. Eyni zamanda qidalanmasına da diqqət edən Çağatay Ulusoy karbohidrat, hazır qidalar və “fast food”dan da uzaq durmağı qərara alıb.

Səidə Vahid

AzNews.az

image description