O, Azərbaycanla yanaşı əksər ölkələrdə layihəsinə böyük marağın olduğunu bildirib O, Azərbaycanla yanaşı əksər ölkələrdə layihəsinə böyük marağın olduğunu bildirib

Hadisə Azərbaycanda trendə düşdü

O, Azərbaycanla yanaşı əksər ölkələrdə layihəsinə böyük marağın olduğunu bildirib

Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycanda trendə düşüb.

AzNews.az xəbər verir ki, sənətçi instaqram hesabında post paylaşaraq ötən gün təqdim olunan “Küçük Bir Yol” klipinə olan marağa görə təşəkkür edib.

O, Azərbaycanla yanaşı əksər ölkələrdə layihəsinə böyük marağın olduğunu bildirib:

“Sayənizdə inanılmaz bir uğura imza atırıq. Klipimiz Türkiyə siyahısında birincidir. Almaniya, Azərbaycan, Fransa və bir çox ölkələrdə ilk sıralara girən klip və mahnımıza göstərdiyiniz diqqət üçün təşəkkür edirəm”.

Qeyd edək ki, ifaçının ekran işi Azərbaycan üzrə trenddə 19-cu sıradadır.