"Əli Kərimlinin siyasi alver və manipulyasiya etməsi təzə xəbər deyil”. "Əli Kərimlinin siyasi alver və manipulyasiya etməsi təzə xəbər deyil”.

“Əli Kərimliyə bir mandat yetər ki, ətrafındakılara arxa çevirsin”

"Əli Kərimlinin siyasi alver və manipulyasiya etməsi təzə xəbər deyil”.

Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Ekspert bildirib ki, Ə.Kərimlini yaxşı tanıyan hər kəs bilir ki, o, tək bir mandata bütün iddialarından və onu dəstəkləyənlərdən imtina edəcək birisidir:

"Onsuz da bu adam bir vaxtlar öz lideri Əbülfəz Elçibəyə arxa çevirib, şəxsi siyasi iddialarını gerçəkləşdirmək üçün hakimiyyətlə dəfələrlə anlaşıb. Ona görə də Əli Kərimli haqqında indi deyilənlər bizi təəccübləndirmir. Bir mandat yetər ki, o adam hazırda ətrafında olanların hamısına arxa çevirsin”.

Qeyd edək ki, "Milli Şura” rəhbərliyi, AXCP sədri Əli Kərimli barəsində növbəti faktlar gündəmə gəlib. Məlumata görə, Əli Kərimli 2020-ci ilin parlament seçkiləri ilə bağlı hökumətlə mandat alverinə girişib. Bu yaxınlarda kulis arxası söhbətlərdən kifayət qədər məlumatlı olan millət vəkili Siyavuş Novruzov da müsahibəsində Əli Kərimlinin bir zamanlar deputat mandatı üçün hakimiyyətlə razılığa gəlməsi barədə faktları açıb.(sherg.az)

AzNews.az