“Opinion Way”-in sorğusu göstərdi ki..." - Aydın Mirzəzadə

"Əhali prezidentin daxili və xarici siyasətini dəstəkləyir"

“Fransanın “Opinion Way” təşkilatının sorğu vasitəsilə əldə etdiyi nəticələr tamamilə müstəqil və obyektiv hesab edilir. Anonimliyi qorumaq şərtilə Naxçıvan Muxtar Respublikasından başqa Azərbaycanın bütün bölgələrində keçirilən rəy sorğusu ölkə prezidentinin ötən bir il ərzində nüfuzunun daha da artdığını göstərir”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə dedi.

O, “Opinion Way” təşkilatının Azərbaycanda keçirdiyi sorğunun nəticələrini şərh edərkən bildirdi ki, əhalinin prezidentin daxili və xarici siyasətini dəstəklədiyi, onun apardığı siyasətin milli maraqlara cavab verdiyini məmnunluqla qarşıladığı bir daha özünü göstərdi:

“Hesabatda prezidentin öz öhdəliyini yerinə yetirdyi müddət, seçkiqabağı vədlər birmənalı şəkildə vurğulanır və qeyd edilir ki, əgər yenidən seçkilər keçirilsə, əhali İlham Əliyevə səs verəcək. Həmçinin, aparılan islahatlar, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar da cəmiyyətin diqqətindədir. Sahibkarlığın inkişafı, vergi və gömrük sistemində aparılan islahatlar bir daha göstərir ki, cəmiyyət bunlar barədə məlumatlıdır və görülən işləri birmənalı şəkildə qəbul edir”.

A.Mirzəzadə əlavə etdi ki, xarici bir şirkətin Azərbaycanda apardığı sorğular Prezidentin yüksək nüfuza malik olduğunu göstərməklə yanaşı, həm də cəmiyyətdə stabillik, inkişaf və Azərbaycanın beynəlxalq birlikdə layiqli yer tutması istiqamətində aparılan işlərin yüksək qiymətləndirildiyini bir daha göstərdi.

Elgün
AzNews.az