Müxalifətin mövsümi "müttəfiqliyinin" nəticəsi indidən bəllidir - Didişəcək, söyüşəcək və dağılışacaqlar

Bu deyir, "sən satdın", o biri deyir, "satqın özünsən..."

Bu vaxta qədər türlü-türlü ittifaqlar yaradıblar. Hər dəfə də eyni şəkildə ayrıldıqlarına şahidlik etmişik - Didişə-didişə, şöyüşə-söyüşə dağıdıblar yaratdıqlarını. AXCP təmsilçiləri müsavatçıların, sonuncular da cəbhəçilərin ünvanına ən ağır ittihamlar səsləndiriblər. Uzağa getməyək, “Azadlıq” Blokundan dağılışanda da belə ediblər, İctimai Palatadan üzülüşəndə də...

Bunu media təmsilçisi Nicat Dağlar müxalifət liderləri və siyasətçilərin Müsavat partiyasında keçirdikləri dəyirmi masadan danışarkən deyib.

Onun sözlərinə görə, Müsavat "Milli Şura"dan uzaqlaşarkən də onlar ənənələrinə sadiq qaldılar: "Cəmiyyət bu iki partiyanın biabırçı ayrılma prosesini müşahidə etdi. Dünənə qədər çiyin-çiyinə dayanıb, “qardaşlıq” şarkıları oxuyanlar, bir göz qırpımındaca düşmənə çevrildilər. Həmin dönəmdə ittiham xarakterli xeyli açıqlamlar, bəyanatlar verilidi - qarşılıqlı şəkildə. İndi bu adamlar başqalarını mövqesizlikdə, xəyanətdə, hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər. Bir-birilərinin ünvanına demədikləri söz, dilə gətirmədikləri ittiham qalmayıb. 25 ildir ki, xəyanətkar "axtarışındadırlar". Bu deyir, "sən satdın", o biri deyir, "satqın özünsən...". Beləcə, gəlib çıxıblar bu günümüzə və yeni birlik modelləri axtarırlar. Nəticənin necə olacağını indidən deyə bilərik - Didişəcək, söyüşəcək və dağılışacaqlar".

O, qeyd edib ki, müxalifətə yeni qoşulan korrupsioner, keçmiş məhbus Əli İnsanovdan isə ümümiyyətlə danışmağa dəyməz: "Ancaq onu deyə bilərəm ki, müxalifətçi bəylərə belə bir pisliyi heç kəs edə bilməzdi. Onsuz da cəmiyyətdən dəstək yoxdur, bir tərəfdən də mənfi reputasiyası olan, korrupsioner keçmişə malik, zəhər-zəhrimar tuluğu kimi tanınan 73 yaşlı Əli İnsanovdan mədət umub, daha betər aqibətə doğru yön alırlar... Ən yaxşı halda nəticə yenə belə olacaq - Didişəcək, söyüşəcək və dağılışacaqlar". (Trend)

AzNews.az