- Siyasi müzakirə
- 17 Mart 2020 21:05
- 5 366
Fransa səfirliyi viza verilməsini dayandırdı

Bu barədə Fransanın Azərbaycandakı səfiri Tvitter səhifəsində yazıb
Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.
AzNews.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Tvitter səhifəsində yazıb:
“Əziz azərbaycanlı dostlar! Parisdən verilən təlimata əsasən, yerli və qlobal olaraq vizaların verilməsi müvəqqəti olaraq dayandırıldı. COVİD-19 böhranı bitdikdən sonra sizə Fransada qarşılamağa ümid edirik.
Novruz bayramınız mübarək!”.