Respublika Günü münasibətilə Respublika Günü münasibətilə

Azərbaycan XİN İtaliyanı təbrik edib

Respublika Günü münasibətilə

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Respublika Günü münasibətilə təbrik edib. AzNews.az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“İtaliyanı Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan və İtaliyanı bir-birinə dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Bu əlamətdar gündə dost İtaliya xalqına möhkəm cansağlığı, uğurlar, davamlı sülh və firavanlıq diləyirik”.