Bəyanatda Ermənistanın dinc əhaliyə qarşı hücumu pislənilib Bəyanatda Ermənistanın dinc əhaliyə qarşı hücumu pislənilib

“Ermənistan hökuməti ağlını və vicdanını itirmiş şəkildə davranır” - Türkiyə XİN

Bəyanatda Ermənistanın dinc əhaliyə qarşı hücumu pislənilib

“Dünənki qəddar hücumdan sonra Ermənistan münaqişə zonasından kənarda olan Bərdə şəhərindəki mülki şəxslərə qarşı növbəti dəfə vəhşicəsinə və xaincəsinə hücum edib. Bu hücum nəticəsində ilkin məlumata görə, 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb”.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanatında deyilir.

Bəyanatda Ermənistanın dinc əhaliyə qarşı hücumu pislənilib:

“Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı və mətinlik diləyirik.

Ermənistanın uşaq, gənc, yaşlı ayırd etmədən dinc əhaliyə qarşı davam etdirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın mülki əhaliyə qarşı terror törətmək və qətlə yetirmək üçün yürütdüyü xain siyasət Xocalı qətliamının arxasında yatan xəstə zehniyyətin təzahürüdür.

İşğal etdiyi torpaqlardan çıxmamaq üçün hər yola baş vuran Ermənistan hökuməti ağlını və vicdanını itirmiş şəkildə davranır. Bu son hücum Ermənistanın törətdiyi və məsuliyyətə cəlb olunacağı hərbi cinayətlər siyahısında bir xəcalət olaraq yerini aldı.

Başda Minsk qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiyanı göstərməsinin zamanı çoxdan gəlib”.