“İsfəndiyar Vahabzadə tərbiyəsiz və böhtançıdır”

"Yeni təyinat ala bilməyəndən sonra başlayıb deputatlara dil uzatmağa"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, Niyaməddin Orduxanlı İsfəndiyar Vahabzadənin naqis əxlaqına uyğun olaraq onun tənqid edənlərin, o cümlədən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə münasibət bildirib.

Qeyd edək ki, İsfəndiyar Vahabzadə növbəti sərsəmləməsində iddia edib ki, guya Qüdrət Həsənquluyev Azərbaycan Konstitusiyasının Türkiyə hərbçilərinin ölkəmizə yerləşdirilməsinə yol vermədiyini açıqlayıb və buna etiraz edib, amma rus qoşunlarının ölkəyə gəlməsinin qanunlarımıza zidd olmadığını söyləyib.

Niyaməddin Orduxanlı “Xalq cəbhəsi” saytına açıqlamasında bildirib ki, tərbiyəsiz və əxlaqsız bir adamdan başqa heç bir şey gözləmək olmaz: “Bu simasız gədə nəinki Qüdrət bəyi, böyük bir xalqı təhqir etməyi qəhrəmanlıq sayır. Əvvəla, tərbiyəsizliyi qəhrəmanlıq sayırsa, Jirinovski xalqımızı təhqir edəndə indi dediklərini deyərdi. Amma o zaman başa düşürdü ki, o halda onu işdən iti qovan kimi qova bilərdilər. Bu “karyerist” işdən çıxarılandan sonra başlayıb müxalifətçilik etməyə. Rus xalqını da kimlərdən cəsarət alaraq tula payı qarşılığında, eynilə Jirinovski kimi söydüyünü bilirik. Qüdrət bəy Jirinovskini İsfəndiyardan öncə bizə hürən, baş qoşmaq lazım olmayan, yalı kəsilmiş tula adlandırıb. Jirinovskini xalqımızı təhqir etdiyi, Prezidentimizi hədələdiyi üçün boşboğaz ,tərbiyəsiz və əxlaqsız adlandırırıq, Jirinovski kimi danışıb rus xalqını təhqir etdiyi üçün, İsfəndiyarı necə adlandırmalıyıq? Rus ziyalıları, ictimai-siyasi xadimləri tərbiyəsizliyinə görə Jirinovskinin üzünə tüpürürlər. Bu barədə internetdə on minlərlə material tapmaq olar. Amma bu gerizəkalı umur ki, Azərbaycan ziyalıları, əqli baxımdan normal, tərbiyəsi yerində olan insanlar onu müdafiə etsin. Bu adam hələ də başa düşmür ki, ona 3-5 hörmət edən atasına görə, müdafiə edənlər isə o ağılda və tərbiydə olduğuna görə bunu edir.

Qoy o, atasının uşaqlıqda onu necə adlandırmasından danışsın. Böyük şairin fərsiz və xəstə oğlu deputatlar haqqında ağlına gələni danışır, onları milli maraqları satmaqda suçlayır. Əprimiş qəzetləri nümayiş etdirərək “işlədiyi dövrdə qəhrəman” kimi verdiyi açıqlamalarından danışır. Ancaq xalqa açıqlama vermir ki, niyə o cür “milli maraqlara zidd fəaliyyəti” gördüyü halda istefa verib müxalifətə qoşulub, bu iqtidra qarşı mübarizə aparmayıb. O səfir olanda tam əminliklə deyirəm, deputatları görəndə pişik kimi ayaqlarına sürtünürdü. Yeni təyinat ala bilməyəndən sonra başlayıb deputatlara dil uzatmağa. Bu şərbaz onu da bilmir ki, Qüdrət bəy hüquqşünasdır və xarici ölkə hərbçilərinin ölkəyə gəlişi Konstitusiya ilə tənzimlənmir. Qüdrət bəy dəfələrlə söyləyib ki, Azərbaycan Respublikasının Hərbi Doktrinası xarici hərbi bazaların Azərbaycanda yerləşdirilməsini qadağan etsə də, 29-cu maddəyə görə “hərbi -siyasi şəraitdə əsaslı dəyişikliklər baş verərsə Azərbyacan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud başqa formada hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”. Onu da dəfələrlə qeyd edib ki,”Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə və onlardan kömək istəyə bilər. Dəfələrlə bəyan edib ki, Ermənistan forpostdur və o öz gücünə bizim torpaqları işğal altında saxlaya bilməz, ona görə danışıqları Rusya ilə aparmaq lazımdır. 44 günlük savaş göstərdi ki, bəli, həqiqətən ermənilər bizim torpaqları işğal altında saxlamaq gücündə deyil. "Nə qədər Ərdoğan Türkiyədə hakimiyyətdədir torpaqlarımızı işğaldan azad etməliyik", "Türkiyə Qarabağın işğalına öz torpaqlarının işğalı kimi baxmalıdır" kimi çağırışlar da Qüdrət bəyə məxsusdur. Parlamentdə və mətbuatda dəfələrlə çıxış edərək bildirib ki, 10 noyabr sazişi Azərbaycanın da 2017-ci ilə qoşulduğu "Beynəlxalq müqavilələr hüququ" haqqında Vyana Konvensiyasına görə dövlətlərarası müqavilə olduğu üçün Konstitusiyamızın tələbinə uyğun olaraq parlamentdə ratifikasiya olunmalı və rus sülhməramlılarının fəaliyyətini tənzimləyən qanun qəbul edilməlidir.

Ölkə və cəmiyyət qarşısında heç bir məsuliyyəti olmayan bu avara Qüdrət bəyə yaşından utanmadan böhtan atır, təhqir edir. Başqası olsaydı onu məhkəməyə verib böhtan atdığına görə cəzalandırardıq, amma həmişə olduğu kimi qoy atasına görə nə istəyir danışsın. Görünür, elə bu cür qeyri-ciddi və boşboğaz olmasını ruslar da bildiyi üçün Rusiyada yaşayan iki milyon azərbaycanlıya ciddi basqılar olmadı, Rusiya -Azərbaycan sərhədləri müxtəlif bəhanələrlə fermerlərimizin üzünə bağlanmadı. İndi bəlli olur ki, həm də bu keyfiyyətlərinə görə İsfəndiyar növbəti təyinat almayıb.

Redaksiyadan: BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin 10 noyabr 2020-ci il tarixi üçtərəfli bəyanatla bağlı ətraflı şərhi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.xalqcebhesi.az/news/politics/84840.html