Türkiyə, Suriya və Rusiya hərbi heyətləri fevralda görüşəcək

Ötən ilin sonunda başlayan üçtərəfli dialoqun inkişafı çərçivəsində Türkiyə, Suriya və Rusiyanın hərbi idarə və xüsusi xidmət orqanlarının nümayəndələri fevral ayında görüş keçirəcək.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Sözcü” qəzetinə bildirib.

“Fevral ayında Suriya-Rusiya-Türkiyə formatında üçtərəfli görüşün davamında müdafiə və kəşfiyyat nazirliklərindən texniki heyətlər bir araya gələcək. Dialoq davam edəcək”-deyə, o bildirib.

Lakin nazir görüşün yeri və vaxtı barədə məlumat verməyib.