- Siyasi müzakirə
- 29 Sentyabr 2025 15:12
- 4 624
Arzuxan Əlizadə yenidən AMİP sədri seçilib
Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilib.
Qurultayda AMİP-in Qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilib, daha sonra müvafiq hesabat çıxışları olub.
Qurultayda partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, o cümlədən də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib. Səsvermə nəticəsində Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilib.
Aznews.az