Musavat.com: Lukaşenko 500 milyonu aldı, sevincindən üzdü...

Soçidə iki gün davam edən Rusiya-Belarus danışıqları uğurlu sonluqla-dəniz gəzintisi ilə başa çatıb

Rusiyanın “Moskovskiy komsomolets” saytı Lukaşenkonun dənizdə çimməsi şəklini yayaraq Belarusa ayrılmış 500 milyon dollar kreditlə bağlı qərarı tənqid edib

Soçidə iki gün davam edən Rusiya-Belarus danışıqları uğurlu sonluqla-dəniz gəzintisi ilə başa çatıb. İlk gün 5 saatadək danışqlar aparan Vladimir Putin və Aleksandr Lukaşenko ikinci gün dincəliblər. Belə ki, Lukaşenko rusiyalı həmkarı Putinin yaxtasında Qara dənizdə gəzintiyə çıxıb. Rusiya KİV-ləri xəbər verir ki, prezidentlərin qeyri-formal danışıqları zamanı Rusiyanın Belarusa ötən il ayırdığı 500 milyon dollar dövlət kreditinin ikinci tranşının tezliklə ayrılması barədə razılıq əldə olunub.

Rusiyanın “Moskovskiy komsomolets” saytı Lukaşenkonun dənizdə çimməsi şəklini yayaraq Belarusa ayrılmış 500 milyon dollar kreditlə bağlı qərarı sərt tənqid edib. “Bir daha sizə “rus dünyası” haqqında danışmağa başladıqda Lukaşenkonu tapın və soruşun - Krım kimindir?(Belarusun Krımı Rusiya ərazisi kimi tanımamasına eyhamdır-O.Ə) Sizə bir daha deyəndə ki, ölkədə 3-4 ilə yoxsulluğu necə aradan qaldırılacağını bilir, sadəcə soruşun: kimin hesabına?” deyə, məqalədə bildirilir.

Məqalədə ötən həftənin əvvəlində Kominin rəhbəri Vladimir Uybanın yerli sakinlərə “mən Putinəm” söyləməsi haqda əhvalat yada salınır: “O, səhv edib. Çünki Putin Lukaşenkodur. İndiki Putin yox, 2014-cü ildəki Putin. Kim xəttini tam olaraq uyğun görürüsə, əyir. Bunu bir az həsəd aparıcı edir”.

Qeyd edək ki, bu gəzinti ilə bağlı Rusiya mediasında iki versiya yazılır. İddia edilir ki, Putinin Soçidə havanın yaxşı olduğunu, dənizin suyunun isindiyini deyib, dənizdə birlikdə çimməyi təklif edib. Lukaşenko da bu təklifi məmuniyyətlə qəbul edib. Başqa mənbələr isə havanın uyğun olmaması səbəbindən dənizdə çimməyin baş tutmadığını yazırlar. Son olaraq isə “MK”bu fotonu yayıb.

Məlumdur ki, səfər Belarus hakimiyyətinin müxalif blogeri həbs etmək üçün “Ryanair” şirkətinin ölkənin hava məkanından uçan təyyarəsini MiQ-29 qırıcıları ilə məcburi endirməsi ətrafında davam edən beynəlxalq qalmaqal fonunda baş verir. Həmin qalmaqala görə Qərb ölkələri Belarusla hava əlaqəsini kəsib, Belarusun “Belavia” şirkətinə Avropaya uçuşlar qadağan olunub. Avropa İttifaqı isə Belarusa qarşı yeni sanksiyaları müzakirə edir.

“Moskovski komsomolets” bu məqamları yada salaraq Lukaşenkonun ilk dəfə deyil ki, belə beynəlxalq skandalla rastlaşdığını yazır: “Protaseviçi həbs edəndə dünya dəhşətlə qışqırmağa başladıqda, istər-istəməz “Lukaşenko bu dəfə ələ keçdi” düşündük. Gedəcəyi yer yox idi - yalnız bizə, doğma limanına üz tutdu. 500 milyonu aldı, Qara dənizdə üzdü və çoxvektorlu yola davam edir. Bəs bunun qarşılığında Rusiya? Hətta "Belavia"(Belarusun aviaşirkəti-red) sizi Krıma aparmayacaq. Bütün "rus dünyası", inteqrasiya budur...”

Rus nəşri Belarusa verilmiş 500 milyonluq kreditin Rusiyanın özünün ciddi ehtiyacı olduğunu qeyd edir: “Aleksey Kudrin(Hesablama Palatasının sədri, keçmiş maliyyə naziri-red) ölkədəki yoxsulluqdan narahat olub. Yoxsulluğun səviyyəsinin bir neçə ilə necə yarıya endirəcəyini bildiyini söyləyib. Bəs, bu plan necə işləyir? Çox sadə. Ondan başlamaq lazımdır ki, hələ satacağı nəyisə- maşını, anbarı və ya artıq yaşayış sahəsi varsa, onu kasıb hesab etmək lazım deyil. Onlara dövlətin maddi dəstəyinin də dayandırmaq lazımdır. Və qənaət edilən pulla, lap yoxsullar üçün “dəstəyi gücləndirmək"… Lap yoxsul insanlar daha azdır və büdcədən xərcləməyə ehtiyac yoxdur”.

Lukaşenkonun oğlu Nikolayın da dəniz gəzintisində iştirakı təhlilçilərin diqqətini çəkib.

Siyasi analitik Aleksandr Sosnovski deyir ki, Belarus prezidentinin hərəkətlərini məntiqi olaraq təhlil etmək cəhdləri faydasızdır: "O, bir davranış matrisi qurma ehtimalını demək olar ki, istisna edən həddəndən artıq stres vəziyyətində hərəkət edir. Stresinin ilk səbəbi onun ətrafına tam inamsızlığıdır. Oğlumun Rusiya prezidenti ilə görüşdə olması da bunun əsas təsdiqidir".