İki nazir müavini işdən qovuldu

Rusiya prezidenti Vladimir Putin 2 nazir müavinini tutduğu vəzifədən azad edib.

AzNews.az-ın interfax.ru saytına istinadən verdiyi xəbərə görə, Müdafiə nazirinin iki müavini Elena Kozlov və Dimitri Çuşkin tutduqları vəzifədən azad edilib, onların yerinə Yuriya Borisova və Ruslana Çalikova təyin olunub.

Qeyd edək ki, bundan əvvəl prezident Putin Müdafiə naziri Anatoli Serdyukovu istefaya göndərmişdi.

Sadiq Musa
AzNews.az