- Köhnə - Region
- 29 Noyabr 2012 07:20
- 1 787
Tehranda erməni vandalizmindən bəhs edən kitab çap edilib

Kamal Muradi əsərində Azərbaycan Dövlət Teleqraf Agentliyinin internet səhifəsindən götürdüyü faktlardan istifadə edib.
Kamal Muradi əsərində qeyd edir ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməklə əslində beynəlxalq humanizm qaydalarına qarşı çıxır: "Ağdam və Şuşa şəhərlərindəki məscidlərdən tövlə kimi istifadə olunması, ziyarətgah, qəbiristanlıq və pirlərin dağıdılması faktları Azərbaycanın qədim maddi-mədəniyyət nümunələrinə qarşı soyqırımıdır. Bu vandalizm aktlarını törədənlər tarix və bəşəriyyət qarşısında məsuliyyət daşıyırlar".
Qeyd edək ki, 146 səhifədən ibarət olan kitab Tehranın "Pelk" nəşriyyatında işıq üzü görüb.
Alpər
AzNews.az