“Belə davam edərsə, Azərbaycana baha başa gələ bilər” “Belə davam edərsə, Azərbaycana baha başa gələ bilər”

İrandakı Azərbaycan səfiri hədəfə alınıb

“Belə davam edərsə, Azərbaycana baha başa gələ bilər”



Təbrizin məşhur "Traktor" komandasının Əl-Cəzirə komandası üzərində qələbəsinə və oyun zamanı "Güney Azərbaycan İran deyil" pankartının açılmasına Azərbaycan mətbuatını geniş yer verməsi İranın qəzəbinə səbəb olub. "Traktor" klubunun idarə heyətinin üzvü Məhəmməd İsmayıl Səidi Azərbaycan mətbuatını İranın daxili işlərinə qarışdığını iddia edərək Azərbaycan səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını istəyib:

"Azərbaycan öz mediasına nəzarət etməlidir. Çünki bu metod davam edərsə, Azərbaycana baha başa gələ bilər. Bütün İran xalqı "Traktor"u sevir və Asiya Klublar Çempionatında bu komandaya dəstək verirlər".

Elnarə Əlosmanqızı
AzNews.az