“Bu on ildə qazanan millət, itirən isə müxalifət oldu”

Ərdoğan “Qızılcahamam Asiya Termal” otelində İnkişaf və Tərəqqi Partiyasının (AKP) rayon şöbələrinin rəhbərləri ilə bir araya gəlib.




Görüşdə etdiyi çıxışında Ərdoğan son günlərdə terror təşkilatı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Türkiyənin son illərdə keçirilən islahatlar nəticəsində daha da gücləndiyini söyləyən Baş Nazir: "İslahatlar Türkiyəni hər zamandakından daha güclü bir çinara çevirib. Bizim partiyamız isə bu cümhuriyyət çinarının gövdəsi ilə kökləri, budaqları və yarpaqları arasında əlaqəni daha da gücləndirmişdir", -deyib.

Türkiyədə 2014-cü ildə seçkilərin keçiriləcəyini və buna ən yüksək səviyyədə hazırlanmanın vacibliyinə diqqəti cəlb edən Ərdoğan onları tənqid edənləri də sərt şəkildə qınayıb. O: "On ildir müxaliflərimiz deyirlər ki, Türkiyə parçalanacaq, bölünəcək. Amma bu on ildə həmişə bunun əksi olub. İndi də delə olacaq. Bu on ildə qazanan millət, itirən isə müxalifət oldu",-deyib.

Ərdoğan terrorçuların çəkilməsi ətrafında yaranan ajiotajın və bu müstəvidə də iqtidarda olanların qarşı tərəfi hansısa güzəştlərə getdiyi barədə deyilənlərin də heç bir əsası olmadığını xüsusi vurğulayıb. Baş Nazir: "Mən bir daha təkrar edirəm. Çözüm prosesində Türkiyənin başını aşağı edə biləcək hər hansı bir addım atmadıq. Çözüm müddətində şəhidlərimizin ruhunu incidəcək, şəhid ailələrini narazı salan heç nəyə getmədik. Müzakirələrdə güzəştə getmək məsələsi gündəmə gəlməyib. Mən buradan ana müxalifət rəhbərlərinə səslənirəm. Bu günə qədər bu millətin mənafeyi ilə bazarlıq edə biləcək qədər özümüzü alçaltmadıq, əsla da alçaltmarıq",-deyib.

AzNews.az