Gürcüstanda matəm elan olunub

Gürcüstan prezidentinin qərarına əsasən, Əfqanıstanda terror aktı nəticəsində 6 gürcü hərbçinin ölümü ilə əlaqədar, 7 iyun respublikada matəm günü elan olunub.



Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəyə və həlak olanların ailələrinə başsağlığı verib.

Matəmlə əlaqədar iyunun 7-də ölkədə dövlət bayraqlarının hamısı aşağı endiriləcək.

Xatırladaq ki, iyunun 6-da Əfqanıstanın Hilmənd əyalətində terrorçu-kamikadze gürcü hərbi kontingentinin bazasında partladıcı quraşdırılmış yük maşınını işə salıb. Nəticədə 6 hərbçi həlak olub, 9 əsgər yaralanıb.

AzNews.az