“Seçki qutularının hamısının “əkizi” var” “Seçki qutularının hamısının “əkizi” var”

İranda görünməmiş seçki saxtakarlığı - İDDİA – Yenilənib

“Seçki qutularının hamısının “əkizi” var”



Bu gün İranda keçirilən prezident seçkilərində Güney Azərbaycanın iştirakının təmin etmək və əvvəlcədən müəyyənləşdirilən namizədin daha çox səs toplaması üçün seçki qutularının "əkizi" göndərilib. Bu barədə məlumatı özəl olaraq "Baybak" saytı yayıb.
Saytın məlumatına görə, səsvermə məntəqələrində qoyulan seçki qutularının hamısını "əkizi" saxlanılır: "Ancaq ikinci sandıqlar indidən səslərlə doldurulub. Sandıqlara kimin adının çıxacağı barədə dəqiq xəbər verilmir, ancaq son zamanlar Ruhani ilə Qalibaf arasında olan yarışmaya qatılan Rəfsəncani, Xatəmi və Yaşıllar hərəkatı vəziyyəti daha da gərginləşdirib".

Qeyd edək ki, "Baybak" namizədlərdən biri - Məhəmməd Baqir Qalibafın Azərbaycan türkü olduğu yazıb. Bundan sonra mətbuatda Qalibafı fars, kürd və hətta özbək olduğuna dair məlumatlar yayılmağa başlayıb.



***
09:09

İran yeni prezidentini seçir

Təhlükəsizlik tədbirləri sərhədlərdən başladı

Bu gün İranda 11-ci dövr prezident seçkisi keçiriləcək.

Seçkidə 7 namizəd iştirak edir ki, bunlar Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, ali dini lider, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, sabiq vitse-prezident Məhəmmədrza Arif və keçmiş poçt və teleqraf naziri Məhəmməd Qərazidir.

Namizədlərdən biri, parlamentin sabiq spikeri, ayətullah Xamneyinin qudası Qulaməli Həddad Adil seşkiyə bir gün qalmış gözlənilmədən öz namizədliyini geri götürüb.

İran seçki ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hətta qonşu ölkələrlə məhz bu səsbəbdən sərhədlərin bir günlük bağlandığı bildilir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi iyunun 14-ü səhər saat 8-dən ölkəmizdə yaşayan İran vətəndaşlarının prezident seçkilərində iştirakını təmin edəcək.

Onlar iyunun 14-də yerli vaxtla səhər saat 8-dən etibarən səfirliyinin 2 saylı binasına yəni, konsulluq şöbəsinə müraciət edərək, prezident seçkilərində iştirak edə bilərlər. Qeyd edək ki, seçkilər 50 milyon insan iştrak edəcək.


Elnarə
AzNews.az