İranda səsvermənin vaxtı uzadıldı

İranda bu gün keçirilən prezident seçkiləri yerli vaxtla saat 21.00-da başa çatmalı olsa da, səsvermənin zamanı uzadılıb. Saar 21-dən sonra seçkiləri təşkil edən Daxili İşlər Nazirliyi bir neçə dəfə elan verərək səsvermə üçün ayrılan zamanın uzadıldığını bəyan edib.

Bunun səbəbi kimi isə əhalini səsvermə fəallığının yüksək olması göstərilib. Ancaq bəzi ekspertlər bunun əksini bildirərək əhalinin səsvermə fəallığının aşağı olduğunu və bu səbədən də daha çox seçici cəlb etmək üçün müddətin uzadıldığını bildirirlər.

Səsvermə DİN-nin növbəti elanına qədər davam edəcək.

Elnarə
AzNews.az