Polislərimiz Türkiyədə təlimlərdə iştirak ediblər

Türkiyənin Beynəlxalq Əməkdaşlıq və Koordinasiya Agentliyi ölkənin təhlükəsizlik üzrə Baş direktorluğu ilə birgə bu ilin əvvəlindən Azərbaycan polisləri də daxil olmaqla dünyanın 11 ölkəsindən olan polislər üçün təlimlər keçirib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirib.

Məlumatda bildirilir ki, Azərbaycandan olan polislərlə yanaşı təlimlərdə Qazaxıstan, Türkmənistan, Albaniya, Monqolustan, Fələstin, Özbəkistan və digər ölkələrdən olan hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Ümumilikdə, təlimlərdə 218 polis iştirak edib. Bildirilir ki, Türkiyədə polislər üçün belə təlimlər 2007-ci ildən bəri keçirilir.

AzNews.az