Oman səfirliyinin 1-ci katibinin meyiti aşkarlandı

Moskvanın mərkəzindəki otellərdən birində Oman Sultanlığının Rusiyadakı səfirliyinin 1-ci katibinin meyiti tapılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, avqustun 14-də Bolşaya Polyanka küçəsində yerləşən oteldə kişi meyiti aşkarlandığı haqda polisə məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları ölən şəxsin Oman səfirliyinin birinci katibi Müxənnəd Əli Hilal Əl-Əbri olduğunu müəyyənləşdiriblər. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Fakt üzrə araşdırma aparılır.

AzNews.az