Uşaqbazlıqda ittiham edilən səfir istefa verdi


Kolumbiyanın Rusiyadakı səfiri Rəfael Amador istefaya gedib. İstefaya səbəb səfirin uşaqbazlıqda ittiham edilməsi olub. Kolumbiyanın "La F.M." radiosuna müsahibəsində səfir bu qərarını açıqlayıb: "Mən könüllü olaraq istefaya getmişəm. Barəmdə bir çox şayiələr yayılıb. Məni azyaşlılara qarşı seksual hərəkətlərdə ittiham edirlər. Bu ittihamı qətiyyətlə rədd edirəm".

Səfir bildirib ki, hazırda məsələ ilə bağlı araşdırmalar aparılır. Araşdırmadan sonra o, ölkəsinə qayıdacaq.

Elnur
AzNews.az