İrandan Azərbaycana “qədirbilməzlik” ittihamı: Konfrans təxirə salındı

Bu il noyabrın 6-da Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransı təxirə salınıb.


AzNews.az İran mətbuatına istinadən xəbər verir ki, konfransın elmi komitəsi və katibliyi bu barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, komitə Azərbaycanın bu konfransın Təbrizdə keçirilməsinə qarşı çıxmasından təəssüflənir:

"2013-cü il 26 iyunda Təbriz Universitetində bu konfransın keçiriləcəyi ilə bağlı təqdimat mərasimi oldu. Təyin olunmuş müddətdə İran, Azərbaycan, Rusiya və Türkiyə universitetlərindən konfransın elmi komitəsinə 150-dən çox məqalə göndərildi və münsiflər heyəti tərəfindən araşdırıldı. Bir neçə gün öncə Azərbaycan Respublikasının bir sıra mətbuat orqanı Qarabağın işğalının davam etməsinin tərəfdarı olan dairələrin təsiri altında bu konfransın məqsədləri barəsində qara piyara əl atdılar. Bu halları nəzərə alaraq və Beynəlxalq Qarabağ Konfransının keçirilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "qədirbilməzliyinə" reaksiya olaraq, konfransın keçirilməsi hələlik təxirə salınır".

Elnur
AzNews.az