- Köhnə - Region
- 29 Noyabr 2013 13:32
- 3 766
Bir mənzildə 2 min miqrant qeydiyyata düşüb- Moskvada
Moskva polisi 2 minə yaxın qanunsuz miqrantın qeydiyyata düşdüyü mənzil aşkarlayıb.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mənzil Altufyev şosesindəki binalardan birində aşkar edilib. Həmin mənzildə 2009- 2013-cü illər arasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya qeydiyyatına alınıb.
Onlar həmin mənzildə yaşmayıb müxtəlif bölgələrdə yaşasalar da eyni mənzildə qeydiyyata düşüblər.
Bunun üçün isə həm mənzil sahibi, həm qeydiyata aparan orqan əməkdaşları, həm də arada vasitəçilik edən şəxslər müəyyən məbləğ alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işi açıla bilər.
Elnur
AzNews.az