- Köhnə - Region
- 4 Dekabr 2013 13:22
- 3 083
Kiyevdə 50-dən çox jurnalist döyülüb
AzNews.az Korrespondent.net- ə istinadən xəbər verir ki, Nazirliyin nümayəndələri Ali Radanın söz və məlumat azadlığı məsələləri üzrə komitəsinin növbədənkənar iclasında iştirak edib.
İclasda, "milisə jurnalistlərin döyülməsi ilə bağlı 26 məlumat daxil olub. Hər cinayət işinin istintaqı aidiyyəti üzrə prokurorluğa göndərib, onlardan ikisini DİN araşdıracaq" – deyə, Ukrayna DİN-in Baş istintaq idarəsinin rəis müavini Oleq Tatarov deyib.
Sosial şəbəkələrdə isə yayılan məlumatlara görə, hadisələrdə 50-dən çox jurnalist "Berkut" xüsusi təyinatlı milis dəstələri tərəfindən döyülərək, xəsarət alıblar.
İddia olunur ki jurnalistlər döyülən zaman onların çoxunun üzərində jurnalist vəsiqəsi və ya xüsusi jiletlər olub.
Hazırda Ukrayna mətbuatının əməkdaşı olan Zoya Kazanji xəsarət alan jurnalistlərin siyahısını toplayaraq, Facebook səhifəsində yerləşdirir.
Artıq siyahıya 52 nəfərin adı qeyd olunub. Siyahı mütəmadi olaraq yenilənir. Döyülən jurnalistlər arasında beynəlxalq agentliklərin - Reuters, France Presse, habelə rusiyalı müxbirlərin də adı var.
Elman
AzNews.az