- Köhnə - Region
- 5 Dekabr 2013 10:27
- 1 471
Kərkükdə gərgin anlar: terroristlər ticarət mərkəzini tutdu

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsinə bomba yerləşdirən terroristlər dama çıxaraq ətrafdakıları atəşə tutublar. Ətrafdan keçən çoxlu sayda insanın yaralanması səbəbindən, təhlükəsizlik gücləri ticarət mərkəzini uzun müddət atəş altına saxlayıblar.
Türkiyə saat ilə 24.30 - a qədər davam edən qarşıdurma, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində sona çatıb. Binadan əvvəl binada partlayışlar baş verib və ardından yanğın baş verib.
5 mərtəbəli böyük ticarət mərkəzi tamam yanıb. Binanı işğal edən terroristlərin yanaraq öldükləri ehtimal olunur. Hadisədən sonra Kərkük Qubernatoru Nəcməddin Kərim hadisə yerinə gələrək, jurnalistlərə açıqlamalar verib.
Elman
AzNews.az